Bakı Fond Birjası ölkənin iqtisadi inkişafının təmin edilməsində və maraqlı tərəflərin kapital axınına çıxışının asanlaşdırılmasında strateji rol oynayır. Azərbaycan kapital bazarlarının tarixi 1886-cı ildə ilk ticarət platforması olan Bakı Birjasının yaradılması ilə başlamışdır. 1909-cu ildə Şollar Su Kəmərinin çəkilişi üçün istiqrazların buraxılması və 1913-cü ildə ilk səhmlərin buraxılması Azərbaycanın erkən kapital bazarı tarixində əhəmiyyətli mərhələlər olmuşdur. Lakin 1930-cu ildə Bakı Birjasının fəaliyyəti dayandırılmışdır.
1997-ci il avqustun 27-də Bakı Fond Birjası yaradılmış və ölkənin müasir kapital bazarının əsasını qoymuşdur. 2000-ci ildə rəsmi ticarətə başlanmış, sonrakı illərdə korporativ istiqrazlar, ilkin kütləvi təkliflər (İPO) və CETA ticarət platformasının tətbiqi ilə inkişafını davam etdirmişdir.
2019-cu ildə BFB Beynəlxalq Birjalar Assosiasiyasına üzv olmuş, 2020-ci ildə isə Dünya Birjaları Federasiyası ilə əməkdaşlığa başlamışdır. 2024-cü ildə BFB yeni brend kimliyini təqdim etmiş və Azərbaycanın ilk İPO-sunu həyata keçirmişdir. Bununla yanaşı, səhmlərin təkrar bazarda distant ticarətinin tətbiqi istifadəyə vermişdir. BFB bu gün də innovasiya və dayanıqlı inkişafı dəstəkləyərək yerli kapital bazarlarında aparıcı rol oynamağa davam edir.