Elvin Aslanov
Texnologiyalar, innovasiyalar və rəqəmsal iqtisadiyyat üzrə komitəsinin sədri
STDC MMC – Direktor
Aslanov Elvin Mübariz oğlu informasiya texnologiyaları sahəsində 20 ildən artıq peşəkar təcrübəyə malikdir. 39 yaşındadır, Bakı şəhərində anadan olub. Ali təhsilini Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İstehsal proseslərinin avtomatlaşdırılması fakültəsində bakalavr pilləsi üzrə almış, daha sonra idarəetmə və mühəndislik biliklərini genişləndirmək məqsədilə Azərbaycan Dövlət İqtisad Universitetində MBA (mühəndislik yönümlü) proqramını bitirmişdir.
Peşəkar fəaliyyəti ərzində dövlət və özəl sektorun bir sıra iri şirkətlərində İT departamentlərinin rəhbəri vəzifəsində çalışmış, kritik əhəmiyyətli informasiya sistemlərinin qurulması, idarə edilməsi və transformasiyası sahəsində geniş praktiki təcrübə qazanmışdır. Hazırda regionun güc və infrastruktur imkanlarına görə ən iri data mərkəzlərindən biri hesab olunan "STDC" MMC-nin təsisçisi və direktorudur. Onun rəhbərliyi altında data mərkəzləri infrastrukturu, yüksək mövcudluq (high availability), enerji səmərəliliyi, bulud və yüksək performanslı hesablama (HPC) həllərinin inkişafı prioritet istiqamətlər kimi formalaşdırılmışdır. Ailəlidir, üç övladı var.